Rusiya qoşunları Ukraynada bir-biri ilə döyüşə girdi - 13 texnika sıradan çıxdı

 18:52 04.03.2022     942

“Genişmiqyaslı hərbi əməliyyatlarının doqquzuncu günündə Rusiya qoşunları Kiyev vilayətində Severinovka yaxınlığında bir-biri ilə döyüşə girib. Nəticədə onlar doqquz tank və dörd zirehli transportyor itirib”.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidmətindən bildirilib.

“Müvafiq olaraq bu, bizə 13 "Javelin"in qənaətinə imkan verdi”, - deyə məlumatda əlavə edilib.

Ukrayna Silahlı Qüvvələri Rusiya Ordusunu eyni ruhda davam etməyə çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən