Rusiya səfirliyinin küçəsi "Ukraynanın Müstəqilliyi" ADLANDIRILDI
Riqa Şəhər Şurası Rusiyanın hərbi hücumuna müqavimət göstərən Ukraynanı dəstəkləyib və Ukrayna xalqının qəhrəmanlığının şərəfinə küçələrdən birinin adının dəyişdirilməsinə qərar verib.
Redaktor.az xəbər verir ki, "Antoniyas" küçəsinin adı “Ukraynanın Müstəqilliyi” adı ilə dəyişdirilib.
Bu barədə Riqa Şəhər Şurasının rəsmi “Twitter” hesabında məlumat verilib.
“Ukrayna xalqının qəhrəmanlıq mübarizəsinə ən güclü dəstəyi ifadə etmək üçün Riqa Antoniyas küçəsinin Rusiya Federasiyasının Latviyadakı səfirliyinin yerləşdiyi hissəsinin adını dəyişdirərək Ukraynanın Müstəqilliyi küçəsi adlandıracaq”, – paylaşımda deyilir.












