Rusiyanın hərbi karvanı Kiyev yaxınlarında DURDU

 23:33 04.03.2022     396

Ukraynanın paytaxt Kiyev yaxınlığında rus qoşunlarının böyük karvanı dayanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Məlumata görə, Rusiya hərbçilərinin böyük karvanı Kiyevdən 25 kilometr məsafədə yerləşir.

Qeyd olunur ki, hazırda hərbi karvan Kiyevə doğru hərəkət etmir. Ukraynanın hücumları və körpülərdən birinin partladılması karvanın hərəkətini ləngidib.

Həmçinin Rusiya qoşunları ölkənin şimalında - Çerniqov və Xarkov yaxınlığında yerləşir, lakin cənubda irəliləməyə davam edir. Eyni zamanda, Mariupol Ukraynanın nəzarətində qalır və Odessaya gözlənilən hücum əlamətləri hələ də müşahidə edilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən