G7 ölkələri Rusiya yanacağından imtina edə bilər

 00:15 05.03.2022     555

G7 ölkələri Rusiya yanacağından imtina etməyin vacibliyi barədə razılığıa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Tvitter hesabında paylaşım edib.

“G7-dəki həmkarlarım və mən razılaşdıq ki, zaman keçdikcə Rusiya yanacağından asılılığı azaltmalıyıq. Biz birlikdə Ukraynanı dəstəkləyəcəyik, sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını sarsıdacağıq və Putinin uğursuzluğa düçar olmasını təmin edəcəyik”, - o yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən