Rusiyanın Ukraynada vurulan təyyarə və helikopterlərinin sayı AÇIQLANDI
Ukraynada 9 gün ərzində Rusiyanın vurulan təyyarə və helikopterlərinin sayı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, fevralın 24-dən martın 5-dək Ukraynada Rusiyanın 39 hərbi təyyarəsi, 40 helikopteri vurulub. Bildirilib ki, təkcə martın 4-də Rusiyaya məxsus 3 “Su-25” qırıcısı sıradan çıxarılıb.
Məlumata görə, Rusiya Ukrayna ilə sərhədiboyu 450 təyyarə və 250-dən artıq helikopert yerləşdirib.












