Ruslar Enerqodar meriyasını tutdu - VİDEO
Ukraynanın Enerqodar şəhərində Rusiya qüvvələri pəncərəni sındıraraq Şəhər Şurasının binasına daxil olublar.
Redaktor.az xəbər verir ki, bu barədə şəhər meri Dmitri Orlov məlumat verib.
“Saat 8:00-da şəhər rəhbərliyi tam heyətlə işə gəldi, lakin biz meriyanın binasına daxil ola bilmədik. İşğalçılar qapını bağlayıblar. İşğal şəraitində Enerqodarın həyati fəaliyyətini təmin etmək üçün başqa iş yeri də təşkil edəcəyik. Hər şeyə baxmayaraq, Enerqodar Ukraynanın idi və belə olaraq qalacaq”, - deyə Orlov bildirib.












