Rusiya Ukraynada təxliyə üçün humanitar dəhlizlər təşkil etdi
Rusiya Ukraynanın Mariupol və Volnovaxa şəhərlərindən əhalinin çıxması üçün sükut rejimi tətbiq edib.
Redaktor.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, rejim bu səhər Moskva vaxtı ilə 10:00-da qüvvəyə minir və Mariupolla Volnovaxa şəhərlərindən dinc sakinlərin çıxması üçün humanitar dəhlizlər təşkil edilir.
Rusiya tərəfi humanitar dəhlizlərin marşrutunun Ukrayna tərəfi ilə razılaşdırıldığını açıqlayıb.












