"Ukrayna bu müharibədə qalib gələcək" - ABŞ-ın dövlət katibi

 11:35 05.03.2022     671

“Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək”.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken BBC-yə müsahibəsində deyib.

“Əgər Moskva ölkədəki hakimiyyəti devirməyə çalışsa, Ukrayna xalqı buna qarşı çıxacaq. Müharibə artıq Putinin planlarına uyğun getmir. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub”, - deyə dövlət katibi bildirib.

E.Blinken hərbi əməliyyatlar tam dayandırılanadək rəsmi Vaşinqtonun Moskvaya təzyiqlərinin davam etdiriləcəyini də qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən