Rusların raket atəşi ilə Xarkovda azərbaycanlı ailənin 4 üzvü HƏLAK OLDU
Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.
Redaktor.az xəbər verir ki, bunu "apa"ya Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.
O bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.
“Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur”, - Mahmud Qurbanov vurğulayıb.
Qeyd edək ki, Ukraynanın Xarkov şəhəri Rusiya ordusunun ən çox raket atəşi altında saxladığı şəhərdir.












