Çin müdafiə xərclərini 230 milyard dollara qədər artırır

 13:59 05.03.2022     296

Çin hökuməti bu il müdafiə xərclərini 1,451 trilyon yuana (təxminən 229,07 milyard dollar) çatdırmaq niyyətindədir.

Redaktor.az RİA Novosti-yə istinadla xəbər verir ki, ölkənin büdcə layihəsində qeyd edilir ki, milli müdafiə xərcləri 7,1 % artacaq. Çin hökuməti həmçinin hərbi islahatları və ordunun yenidən silahlandırılmasını sürətləndirməyi planlaşdırır.

Büdcə layihəsində qeyd olunur ki, ötən il müdafiə xərcləri hədəfin 100 faizini təşkil edib.

Eyni zamanda, ictimai təhlükəsizlik xərcləri 4,7 % artırılaraq 194,993 milyard yuana (təxminən 30,8 milyard dollar) çatacaq.

Vumart və Güvən reklamı Vumart Güvən