ABŞ bu ölkədə əlavə tank taboru YERLƏŞDİRƏCƏK

 14:34 05.03.2022     448

ABŞ Litva ərazisində əlavə tank taborunu yerləşdirəcək.

Redaktor.az xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib.

O, taborun ölkəyə nə zaman gələcəyi barədə məlumat verməyib.

Eyni zamanda, nazirin sözlərinə görə, Almaniya Litva hava hücümundan müdafiə sistemi bölməsi göndərəcək.

Nazir əlavə edib ki, ayın sonunadək Litvada müttəfiq ölkələrin 4 minə yaxın əsgəri olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən