"Müharibə dayansın deyə əlimizdən gələni edəcəyik" - Çavuşoğlu
“Hər kəs kimi biz də ölkələrin ərazi bütövlüyünün güclə dəyişdirilməsin qarşıyıq”.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Biz həm Rusiya, həm də Ukrayna ilə münasibətlər qura bilən ölkələrdən biriyik. Müharibənin dayandırılması üçün əlimizdən gələni edəcəyik”, -nazir vurğulayıb.












