Ukrayna Rusiya qırıcısını VURDU
Ukraynanın Çerniqov vilayətində Rusiyanın “Su-25” təyyarəsinin vurulması nəticəsində bir pilot ölüb, digəri sağ ələ keçirilib.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Çerniqov vilayəti hərbi-mülki administrasiyasının sədri Vyaçeslav Çaus bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyanın pilotsuz uçuş aparatını da vurublar.












