"Hərbçilərimiz humanitar dəhlizlərin fəaliyyəti üçün əlindən gələni edir" - Sergey Lavrov

 16:24 05.03.2022     285

“Rusiya hərbçiləri Ukraynada humanitar dəhlizlərin fəaliyyətini təmin etmək üçün əlindən gələni edir”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Hərbçilərimiz bütün işləri görüb. İndi əsas məsələ insanların həmin humanitar dəhlizlər vasitəsilə çıxarılmasıdır. Hərbçilərimiz təhlükəsizliyi təmin edir. Biz əvvəldən humanitar dəhlizlərlə bağlı razılıq vermişdik”, - o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən