Rusiya öz vətəndaşlarına ölkəyə Azərbaycan üzərindən qayıtmağı TƏKLİF ETDİ

 16:59 05.03.2022     272

Rusiya hökuməti Qərb ölkələrində olan vətəndaşlarına vətənlərinə Azərbaycan üzərindən qayıtmağı təklif edir.

Redaktor.az xəbər verir ki, bu barədə “Rosaviasiya” (Rusiya Federal Hava Nəqliyyatı Agentliyi) məlumat yayıb.

Belə ki, qurum xaricə uçuşların məhdudlaşdırılması fonunda rusiyalılara ölkəyə qayıtmağın alternativ yollarını (əvvəlcə hava hərəkətini məhdudlaşdırmayan ölkələrə, daha sonra Rusiya Federasiyasına) nəzərdən keçirməyi tövsiyə edib, üçüncü ölkə kimi isə Azərbaycan, həmçinin Qazaxıstan, Qətər, BƏƏ, Türkiyə, Serbiya və s. ölkələri məsləhət görüb.

Qurum həmçinin qarışıq (multimodal) nəqliyyat marşrutlarından da istifadənin mümkünlüyü barədə xəbər verib.

“Xarici aviaşirkətlərin reyslərindən və ya başqa nəqliyyat növündən istifadə etməklə Latviya, Litva, Polşa və Finlandiyadakı məntəqələrə, oradan da quru nəqliyyatı vasitəsilə Rusiyaya gəlmək olar”, - deyə qurumdan əlavə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən