Türkiyə və Litva prezidentləri NATO-nun şərq cinahının müdafiəsini MÜZAKİRƏ ETDİLƏR

 17:14 05.03.2022     357

Litva Prezidenti Gitanas Nauseda və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Litva Prezidenti "Twitter"də bildirib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın Ukraynaya təcavüzünü və Avropada pisləşən təhlükəsizlik vəziyyətini müzakirə etdik.

Baltik regionu da daxil olmaqla, NATO-nun şərq cinahında müdafiənin gücləndirilməsi vacibdir. Rusiyanın Ukraynadakı mülki nüvə obyektlərinə hücumlarına beynəlxalq reaksiyanın verilməsinin vacibliyini vurğuladım", Litva Prezidenti bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən