"Rusiyanın 4 helikopteri vurulub" - Ukrayna donanması

 17:57 05.03.2022     445

Ukraynanın dəniz piyadaları Nikolayev ətrafında Rusiyanın 4 helikopterini vurub.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının mətbuat xidməti yayıb.

Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının komandanı kontr-admiral Aleksey Neijpapa qeyd edib ki, bir dəniz piyadası 3 helikopter vurub.

Qeyd edək ki, Ukrayna hərbçiləri martın 5-dək Rusiyanın 39 döyüş təyyarəsi və 40 helikopterini vurduqlarını bildiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən