Ukrayna Müdafiə Nazirliyi xaricdə yaşayan öz vətəndaşlarına ÇAĞIRIŞ ETDİ

 20:12 05.03.2022     539

Ukrayna Müdafiə Nazirliyi xarici ölkələrdə yaşayan vətəndaşlarına müraciət edib.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində yazılıb.

“Ukrayna xarici ölkələrdəki vətəndaşlarını Avropada sülh və demokratiya uğrunda mübarizəyə qoşulmağa çağırıb. İndi hərəkət etməyin vaxtıdır. Beynəlxalq müdafiə legionuna qoşulun və dünyanı Rusiyanın təcavüzündən qorumağımıza kömək edin”, - deyə məlumatda bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən