Rusiyadan gizli neft alan şirkətə Kulebadan sual: "Ukraynanın qanının qoxusu gəlmir?"
“Mənə dedilər ki, dünən “Shell” gizli şəkildə Rusiya nefti alıb”.
Redaktor.az xəbər verir ki, bu sözləri Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib.
“Şirkətə bir sualım var: Rusiya neftindən sizin üçün Ukrayna qanı qoxusu gəlmir? Mən dünyanın bütün şüurlu insanlarını transmilli şirkətlərdən Rusiya ilə bütün işgüzar əlaqələri kəsməyi tələb etməyə çağırıram”, - deyə D.Kuleba bildirib.












