Ukraynaya 1,4 milyard dollarlıq yardım ayrıla bilər

 23:52 05.03.2022     377

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Ukraynaya fövqəladə maliyyə yardımı üçün 1,4 milyard dollar ayırmaq qərarına baxmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, Ukrayna BVF-nin Sürətli Maliyyələşdirmə Mexanizmi çərçivəsində fövqəladə maliyyələşdirmə üçün 1,4 milyard dollar məbləğində vəsaitin alması ilə bağlı artıq müraciət edib:

"Əməkdaşlar bu müraciəti gələn həftə İdarə Heyətinə göndərməyi planlaşdırır".

Vumart və Güvən reklamı Vumart Güvən