"Rusiyanın irəliləməsini yavaşlatmaq üçün təchizat xətləri hədəfə alınır" - İngiltərə kəşfiyyatı

 11:15 06.03.2022     277

Ukrayna müqavimətinin miqyası və gücü Rusiyanı təəccübləndirməkdə davam edir.

Redaktor.az xəbər verir ki, bu, Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, Rusiya Xarkov, Çerniqov və Mariupolu hədəf alıb: “Rusiya qüvvələrinin irəliləmə sürətini yavaşlatmaq üçün onun təchizat xətləri hədəfə alınır. Rusiyanın hazırkı itkiləri minimuma endirmək üçün yanacaq daşıyan maşınları adi dəstək maşınları kimi gizlətməyə cəhd etməsi real ehtimaldır".

Vumart və Güvən reklamı Vumart Güvən