Moldovaya keçən ukraynalıların sayı AÇIQLANDI
Ukraynada müharibə başlayandan bəri Moldovaya keçən ukraynalıların sayı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Niku Popesku "Twitter"də bildirib.
Nazirin sözlərinə görə, fevralın 24-dən bəri Ukraynadan Moldovaya 201 133 ukraynalı daxil olub: "Ölkəmiz hazırda 96 000-dən çox Ukrayna vətəndaşına, o cümlədən 40 000-ə yaxın azyaşlıya sığınacaq verib. Moldova indiyə qədər adambaşına ən çox qaçqın düşən ölkədir".












