Mariupoldan yenə dinc əhalinin təxliyəsinə CƏHD EDİLƏCƏK
Ukraynan və Rusiya silahlı birləşmələri arasında döyüş meydanına çevrilən Mariupoldan dinc əhalinin təxliyəsinə növbəti dəfə cəhd olunacaq.
Redaktor.az “Ukrinform”-a istinadən xəbər verir ki, Mariupol Şəhər Şurası bu gün yerli vaxtla saat 12.00-da Mariupoldan dinc əhalinin təxliyəsinin başlanacağını açıqlayıb.
Tərəflər bu gün saat 06.00-21.00 arasında humanitar atəşkəs barədə razılığa gəliblər.
Qeyd edək ki, dünən humanitar atəşkəs elan olunsa da, Mariupoldan dinc əhalinin təxliyəsi baş tutmayıb. Bununla əlaqədar tərəflər qarşılıqlı olaraq bir-birini günahlandırıblar.












