Zelenski yenidən müraciət etdi: "Ukraynanın hava məkanını bağlayın"
“Ukraynanın hava məkanını bütün Rusiya təyyarələri, raketləri üçün bağlayın”.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
NATO- ya üz tutan V. Zelenski deyib ki, raket və aviabombalarsız humanitar hava zonası yaratmaq lazımdır.
“Əgər özümüzü qorumaq üçün siz bunu etməsəniz, təyyarələr verməsəniz, bir nəticə çıxarmaq olar. Bu da odur ki, bizi yavaş-yavaş öldürürlər. Bu məsuliyyət bu gün və həmişəlik dünya və Qərb liderlərinin üzərinə düşür”, - deyə Ukrayna lideri bildirib.












