Putin Ukraynaya müdaxilənin dayandırılması üçün şərtini açıqladı
"Ukraynadakı hərbi əməliyyatın dayandırılması yalnız Moskvanın tələblərinin yerinə yetirməsi şərtilə mümkündür".
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə yaydığı açıqlamada deyilir.
"Rusiya silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi həyata keçirir, zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir", - məlumatda bildirilir.
Açıqlamada qeyd olunur ki, söhbət zamanı Putin Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu təsdiqləyib:
"Ümid edilib ki, danışıqların planlaşdırılan növbəti raundu zamanı Ukrayna nümayəndələri yaranan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəklər".












