"Kişinyovun Avropa İttifaqına qəbul olmaq üçün müraciətini alqışlayırıq" - Blinken

 17:55 06.03.2022     708

ABŞ Moldovanın ölkə Konstitusiyasında əksini tapmış neytral statusunu dəstəkləyir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu bu gün ABŞ dövlət katibi Antoni Blinken Moldova Prezidenti Maya Sandu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

A. Blinken deyib ki, Moldova hüquqi və demokratik dövlət quruculuğu, Avropa institutlarına yaxınlaşma xəttini seçib.

“Biz ölkənin neytrallığı da daxil olmaqla, bu səyləri dəstəkləyirik. Kişinyovun az əvvəl Avropa İttifaqına qəbul olmaq üçün müraciət etməsini alqışlayırıq. Eyni zamanda, biz Moldovanın enerji təhlükəsizliyi və diversifikasiyasına kömək etmək üzərində işləyirik. Biz maliyyə, həmçinin ekspert dəstəyi təqdim edirik”, - deyə dövlət katibi bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən