"Vinnitsa hava limanı tamamilə məhv edilib" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Vinnitsa hava limanının raket zərbəsi nəticəsində tamamilə məhv edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə videomüraciəti zamanı deyib.
"Vinnitsaya 8 raket zərbəsi barədə mənə məlumat verildi. Raket zərbəsi nəticəsində hava limanı tamamilə məhv edilib", - deyə V.Zelenski bildirib.












