Makron Zelenski ilə danışdı
Fransa Prezidenti Emmanuel Makronla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Fransa lideri tivterdə yazıb.
“Bu gün mən Prezident Putinlə, sonra Prezident Zelenski ilə danışdım. Biz Rusiyaya qarşı qoyulan prioritet tələblərdən əlavə, Ukraynanın mülki nüvə obyektlərinin bütövlüyünü qorumağa çalışırıq: atəşkəs və mülki əhalinin müdafiəsi”, - Makron qeyd edib.












