Məşhur musiqiçi Ukraynaya görə Medvedevin avtoqrafını geri qaytardı

 04:00 07.03.2022     1332

“Deep Purple” qrupunun klaviş ustası Don Eyri Moskvanın Ukraynadakı hərbi əməliyyatına etiraz olaraq Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin avtoqrafını geri qaytarıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə rok qrupunun “Twitter” səhifəsində yerləşdirilmiş mesajda deyilir.

“Mən indicə Dmitri Medvedevə yazdım. Onun Qorki sarayında 2011-ci ilin martında “Deep Purple” şərəfinə şam yeməyində mənə təqdim etdiyi avtoqrafı geri qaytararaq verdiyi açıqlamalara etiraz etdim”, - 73 yaşlı pianoçu yazıb.

O, həmçinin qrupun 20 il əvvəl Xarkovdakı konsertini xatırlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən