Ukraynann Nikolayev şəhəri raket atəşinə tutuldu - VİDEO
Səhər saatlarından Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini çoxsaylı raket zərbələri ilə vurub.
Redaktor.az xəbər verir ki, hadisə Kiyev vaxtı ilə təxminən 05:15-də olub.
Daha əvvəl şəhər meri Aleksandr Senkeviç bildirmişdi ki, Nikolayev üçün ən çox ehtiyac duyulan yardım dəbilqə və gülləkeçirməz jiletlərdir. Onun sözlərinə görə, rus ordusu şəhəri hər tərəfdən mühasirəyə alıb.












