"Ukrayna qalib gələcək" - Fransa XİN

 10:38 07.03.2022     359

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inandığını bildirib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, o, bu fikri "France 5” telekanalının efirində səsləndirib.

"İnanıram ki, Ukrayna qalib gələcək. Ən çox diqqətçəkən məqam təsəvvür edilməyəcək qədər müqavimətin göstərilməsidir”,- deyə o qeyd edib.

Nazir vurğulayıb ki, müharibə Rusiyaya baha başa gələcək və Putin ağır nəticələrlə üzləşəcək: “Əminəm ki, uzunmüddətli sanksiyalar Putini çəkindirəcək”.

Vumart və Güvən reklamı Vumart Güvən