Ruslar Ukraynada stadionu atəşə tutdu

 11:41 07.03.2022     527

Rusiya qoşunları Ukraynanın "Desna" klubunun ev oyunlarını keçirdiyi Yuri Qaqarin adına stadionu atəşə tutub.

Redaktor.az xəbər verir ki, Çerniqovdakı arenanın tribunalarından birinin yuxarı hissəsi dağıdılıb.

Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb. "Desna" 28 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən