Makron Putindən humanitar dəhlizlərin açılmasını xahiş etməyib - Yelisey Sarayı

 12:45 07.03.2022     1739

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə Ukraynada humanitar dəhlizlərin açılması ilə bağlı müraciət etməsini təkzib edib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayından yerli mətbuata bildirilib.

Qeyd olunub ki, Makronun Putindən humanitar dəhlizin açılması ilə bağlı heç bir istəyi olmayıb.

Xatırladaq ki, Rusiya tərəfi bu gün səhər saatlarında Makronun xahişi əsasında sükut rejimi elan etdiyini açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən