Çernobayevka aerodromunda 30-dan çox Rusiya helikopteri MƏHV EDİLDİ

 13:08 07.03.2022     1479

Ukraynanın Xerson vilayətinin Çernobayevka aerodromunda 30-dan çox Rusiya helikopteri məhv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Dəniz Piyadaları Komandanlığının “Facebook” hesabındakı paylaşımında qeyd olunub.

Bildirilib ki, gecə əməliyyatı zamanı Ukrayna hərbçiləri ərazidəki uçuş vasitələri ilə yanaşı çox sayda canlı qüvvə və digər texniki vasitələri də sıradan çıxarıb.

Əlavə olunub ki, ötən gün Nikolayevə yaxınlaşan düşmənin 3 kolonu məhv edən Ukrayna döyüşçüləri böyük miqdarda hərbi qənimət ələ keçiriblər. Qənimətlər arasında nəqliyyat vasitələrinin, eləcə də 7 ədəd D-20 topunun olduğu bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən