Ukraynanın İrpen şəhərinin bir hissəsi İŞĞAL EDİLDİ

 14:01 07.03.2022     466

Kiyev vilayətinin İrpen şəhərinin bir hissəsi Rusiya hərbçiləri tərəfindən işğal edilib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə İrpen meri Aleksander Markuşin bildirilib.

Qeyd olunub ki, şəhərin digər hissəsindəki ukraynalı döyüşçülər öz mövqelərindədir və Rusiya qüvvələrinə qarşı mübarizəni davam etdirirlər.

Mer vurğulayıb ki, şəhərdən mülki əhalinin təxliyəsi davam etdirilir, uşaqlar, qadınlar və yaşlılar yerli vaxtla saat 10:00-da avtobuslarla Kiyev dəmir yolu stansiyasına aparılacaqlar.

Vumart və Güvən reklamı Vumart Güvən