"Ukraynanın hava məkanını bağlasaq, Üçüncü Dünya müharibəsi başlayacaq"

 14:48 07.03.2022     688

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukrayna hava sahəsinin bağlanmamasının səbəbini açıqlayıb.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə ARD telekanalına müsahibəsində danışıb.

“Bu, Üçüncü Dünya müharibəsinə səbəb olacaq. Çünki NATO təyyarələri Rusiya təyyarələrini vurmalı olacaq. Biz öz əhalimizin təhlükəsizliyi üçün məsuliyyət daşıyırıq”, - deyə o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən