Zelenski Şarl Mişellə Avropa İttifaqına üzvlüyü müzakirə etdi

 17:41 07.03.2022     412

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri tviter hesabında paylaşım edib.

Prezident qeyd edib ki, Şarl Mişellə mülki infrastrukturun atəşə tutulmasını müzakirə edib. Liderlər bu hücümların dayandırılmasının vacibliyini vurğulayıb.

Zelenski və Şarl Mişel nüvə obyektlərinin təhlükəsizliyinə dair fikir mübadiləsi aparıblar.

Bundan başqa, Zelenski telefon danışığı zamanı Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə toxunub və Ukrayna xalqının buna layiq olduğunu bildirib.

“Ukraynanın Avropa İttifaqına üzvülük ərizəsi yaxn günlərdə müzakirə olunacaq”.

Bunu isə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqların yekununa əsasən tviter səhifəsində yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı ərizəni imzalayıb. Martın 1-də Avropa İttifaqı Parlamenti Ukraynaya üzvlüyə namizəd statusunu təsdiqləyib.

Vumart və Güvən reklamı Vumart Güvən