Ruslar Xarkovda "Xəzər" marketi atəşə tutdu: 4 ölü, 15 yaralı

 17:55 07.03.2022     432

Rusiya hərbçiləri martın 6-da Xarkovda yerləşən marketə artilleriya zərbələri endiriblər.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorunun ofisindən məlumat verilib.

Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Akademik Valter küçəsində yerləşən “Xəzər” marketinə zərbə yerli vaxtla 12:00-da endirilib.

Faktla bağlı Xarkov vilayət prokurorluğu cinayət işi başladıb.

Vumart və Güvən reklamı Vumart Güvən