Ruslar Kiyevdə çörək zavoduna aviazərbələr endirdi - 13 ukraynalı həlak oldu

 20:09 07.03.2022     384

Rusiya hərbçiləri Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında çörək zavodunu atəşə tutub.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Makarov qəsəbəsində yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə aviazərbələr endirilib.

Aviazərbələr nəticəsində 13 ukraynalı həlak olub.

Hava hücumu zamanı zavodda 30 nəfər olub.

Vumart və Güvən reklamı Vumart Güvən