Macarıstan öz ərazisindən Ukraynaya silah daşınmasını QADAĞAN ETDİ

 20:53 07.03.2022     598

Macarıstanın Baş naziri Viktor Orban Macarıstan ərazisindən Ukraynaya silah daşınmasını qadağan edən fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat verib.

“Bu, hərbi əməliyyatların getdikcə Macarıstan ərazisinə yaxınlaşdığına dair xəbərdarlıq siqnalıdır”, - baş nazir bildirib.

Orban qeyd edib ki, onlar müharibəni dayandırmağa və sülhü təmin edəcək danışıqlara başlamağa çalışırlar.

Vumart və Güvən reklamı Vumart Güvən