Ukrayna və Rusiya arasındakı danışıqlar BAŞA ÇATDI

 21:52 07.03.2022     442

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.

Redaktor.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edib. Heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.

Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və digər ukraynalı siyasətçilər iştirak edib.

Vumart və Güvən reklamı Vumart Güvən