"Ukrayna 46 min rus hərbçisini zərərsizləşdirib" - Pentaqondan AÇIQLAMA

 23:24 07.03.2022     795

Rusiya Belarus ərazisi də daxil olmaqla Ukrayna ilə sərhədə cəmlədiyi hərbi gücün 100%-ə yaxınından istifadə edib

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi CNN-ə bildirib. O, qeyd edib ki, Rusiya bu vaxtadək Ukraynaya 625 raket zərbəsi endirib.

Pentaqon rəsmisi qeyd edib ki, Ukrayna səmasında mübarizənin hələ də davam etməsi Kiyevin döyüş təyyarələrini istifadə edə bilməsi və yer-hava tipli silahlarının ölkənin hava məkanını qorumağa qadir olması kimi qiymətləndirilir.

Qeyd olunur ki, 11 gün ərzində Ukrayna silahlı qüvvələri 46 000 nəfərədək rus hərbçisini zərərsizləşdirib. Bura öldürülən, yaralanan və əsir götürülənlər daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən