Kiyev üzərində 2 Rusiya qırıcısı MƏHV EDİLDİ

 23:54 07.03.2022     882

Ukraynanın Hərbi Hava Qüvvələri daha 2 Rusiya hərbi təyyarəsini məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın baş komandanı Valeri Zalujnıy özünün feysbuk səhifəsində yazıb.

O, bildirib ki, yerli vaxtla saat 20:30 radələrində Kiyev üzərində Rusiya Federasiyasının hərbi təyyarəsini vurublar.

Saat 21:10 radələrində isə şəhərin kənarında hava döyüşündə ikinci düşmən təyyarəsi vurulub.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən