"Heç kimdən qorxmuram" - Zelenski
"Budur, Kiyev axşamı, Ofisimiz. Bazar ertəsi, axşam...Bu gün mübarizəmizin, müdafiəmizin 12-ci axşamıdır. Hamımız yerimizdəyik, hamı işləyir. Hər kəs lazım olan yerdədir. Mən də Kiyevdəyəm, komandam mənimlədir”.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.
"Mən burada qalıram, Kiyevdə qalıram. Bankovada. Gizlənmədən. Həm də heç kimdən qorxmuram. Nə qədər ki, Vətən Müharibəmizdə qalib gəlmək lazımdır", - dövlət başçısı bildirib.












