Ruslar Ukraynanın Sumı şəhərini bombaladı - 9 dinc sakin həlak oldu
Martın 7-dən 8-nə keçən gecə Rusiya ordusunun döyüş təyyarələrinin Ukraynanın Sumı şəhərini bombalaması nəticəsində 2-si uşaq olmaqla 9 dinc sakin ölüb.
Redaktor.az "unian.net"ə istinadla xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi yayıb.
Bildirilib ki, bomardman zamanı şəhərin Romenskaya və Spartak küçələrində yaşayış binası uçub.
Binanın dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb.












