"Putin informasiya köpüyü içindədir" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya lideri Vladimir Putin informasiya köpüyü içindədir.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, o, bu barədə ABC News-a müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Putin Ukraynada baş verən müharibəyə son qoya bilər.
"Putin informasiya köpüyü içindədir, o, müharibəni təkbaşına bitirə bilər", - Ukrayna prezidenti bildirib.
Zelenski onu da əlavə edib ki, onu seçən insanlar təslim olmağa və ultimatumlara hazır deyil.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl vurğulamışdı ki, Ukrayna Rusiya ilə danışıqlarda israrlı olacaq, eyni zamanda ukraynalılara sülhə necə gələcəyimizi söyləmək mümkün olmayacaq.
T.İSMAYIL












