“Bayraktar” Rusiyanın T-80 tanklarını darmadağın etdi - FOTO
Ukrayna ordusu "Bayraktar" pilotsuz uçan aparatı ilə Rusiyaya məxsus tank tağımını məhv edib.
Redaktor.az bu barədə UNİAN-a istinad edir.
"Mövqelərimizi briqadanın artilleriyasından atəşə tutan üç rus T-80 tankını relyefə görə vurmaq mümkün olmadığından pilotsuz uçan aparat havaya qaldırıldı - bir neçə dəqiqədən sonra hədəf tank əleyhinə raketlə məhv edildi.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri “Bayraktar” vuran pilotsuz uçan aparat vasitəsilə rus işğalçılarının “Buk” zenit-raket kompleksini məhv edib", - deyə xəbərdə bildirilir.
T.İSMAYIL












