Zelenskidən Qərbə kəskin ETİRAZ
“Artıq on üçüncü gündür indi bizə deyirlər ki, səmada kömək olacaq, təyyarələr olacaq, onlar bizə təhvil veriləcək".
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukraynada insanların ölümündə günahı Rusiya, məsuliyyət isə Qərb ölkələri daşıyır:
“Bunun məsuliyyəti həm də on üç gündür Qərbdə qərar qəbul edə bilməyənlərin üzərinə düşür”.
Zelenski bildirib ki, Qərb liderləri Ukrayna səmasını hava hücumlarından qoruya və blokadanın aradan qaldırılmasına kömək edə bilər, lakin bunu etmirlər.
O, qeyd edib ki, şəhərlərdə yüzlərlə və yüz minlərlə insan, sözün əsl mənasında, həyat və ölüm arasındadır.
Ukrayna lidderi həmçinin vurğulayıb ki, dünya ölkələrinin liderləri müharibəni dayandırmaq üçün hər cür səy göstərməsələr, dünya ölkələrinin xalqlarına müraciət edəcək.












