Rusiya qoşunları humanitar dəhlizə hücum etdi

 16:01 08.03.2022     551

Rusiya hərbçiləri Mariupoldan humanitar dəhlizə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatının mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, qadınlar və uşaqlar şəhərdən kənara buraxılmayıb.

“Mariupolun mülki əhalisinin yeganə marşrut üzrə təxliyəsi üçün şəhərin müdafiəçiləri bir sıra tədbirlər görüblər. Yollar minalardan təmizləndi, mühəndis maneələri götürüldü və s. Buna baxmayaraq, Rusiya hərbçiləri uşaqları, qadınları, qocaları şəhərdən buraxmırdılar. Onlar humanitar dəhliz istiqamətində hücuma keçib”.

Vumart və Güvən reklamı Vumart Güvən