Ərdoğan Ukraynadakı vəziyyəti 20-dən çox ölkənin lideri ilə müzakirə edib

 20:59 08.03.2022     1132

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti 20-dən çox ölkənin lideri ilə müzakirə edib.

Redaktor.az xəbvər verir ki, bunu R.T.Ərdoğan bir qrup yerli icra hakimiyyətlərinin qadın başçıları ilə görüşündə deyib.

Türkiyə Prezidenti bildirib ki, Ukraynadakı vəziyyət onun təmaslarının gündəmində qalır və bu məsələ ilə bağlı müzakirələr davam etdiriləcək.

Onun sözlərinə görə, indiki vəziyyətdə Türkiyənin bölgədəki mövqeyini göstərmək çox vacibdir.

"Belə dövrlərdə hakimiyyətlə xalqın birliyi çox önəmlidir", - deyə Ərdoğan bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən